close

Вход

Забыли?

вход по аккаунту

код для вставкиСкачать
Giriş
Azərbaycan Yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun tarixi ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub
getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar-maddi və yazılı abidələr əsasında öyrənilir. Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Lakin, təkcə arxeologiyanın köməyi ilə sosioloji nəticələr çıxarmaq, yazılı qaynaqlar olmayan dövrlərin, o cümlədən ibtidai icma cəmiyyətinin, necə deyərlər, canlı tarixini vermək,
ibtidai icma dövründə sosial münasibətlərin, insanın mənəvi aləminin mənzərəsini
yaratmaq və s. qeyri-mümkündür. Arxeoloji materiallar, şübhəsiz ki, etnoqrafiq
şərh tələb edir, əks halda bölgələrin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək çətindir.
İndi bizim tariximizin yaşı təxminən bir milyon yarım ildir. Bu vaxt ərzində qədim Azərbaycan ərazisində kortəbii qüvvələrlə mübarizədə maddi və mənəvi mədəniyyət yaratmağa başlamış ilk insanlar meydana çıxmış, ibtidai icma quruluşu təşəkkül tapmış, yüz min illər boyu mövcud olmuş və sonralar süqut etmiş ilk dövlət
qurumları meydana çıxmış, inkişaf edərək məhv olmuşdur.
Sonuncu tədqiqatların işığında Azərbaycan insanların ən qədim yayılma rayonlarından biri kimi tanınır. Zaqafqaziyanın bəşəriyyətin ilk, ulu vətəni hüdudları daxilində olması şübhəsizdir. Artıq o dövrdə Azərbaycan ərazisi çoxsaylı fəaliyyət izləri qoyub getmiş uzaq əcdadlarımız tərəfindən tədricən mənimsənilirdi. İnkişaf etməyə hələ təxminən 1,5 milyon il bundan əvvəl başlanmış Quruçay çaydaşı mədəniyyətinin meydana gəlməsi bunu sübut edən dəlillərdən biridir. Arxeoloqlarımızın
axtarışları, Azərbaycan ərazisində aşkara çıxarılmış müxtəlif maddi abidələrin müqayisəli şəkildə öyrənilməsi, paleobioloqların, paleobotaniklərin, paleomaqnitçilərin tədqiqatları, odun meydana çıxması, ilk daş konstruksiyalar və bir çox başqa fenomenlər Zaqafqaziyanın ilkin paleolit dövrü sakinlərinin həyatı, zəka qabiliyyəti
haqqında bizim təsəvvürlərimizi əhəmiyyətli dərəcədə dəyişmişdir. O zaman insan
öz varlığı uğrunda təbiətin amansız qüvvələri ilə gərgin mübarizə aparırdı. O, bu
çox ağır, uzun mübarizə prosesində fasiləsiz və inadlı yaradıcı əməyi ilə dünyanı
dəyişirdi. Təbii ki, insan özü də təkmilləşirdi.
Azərbaycan tarixinin ən qədim dövrlərinin öyrənilməsində alimlərimizin böyük
müvəffəqiyyətlərinə baxmayaraq, hələ də xeyli aydın olmayan, mübahisəli məsələlər qalır. Nəzəri xarakterli problemlər mövcuddur. Bütün bunlar predmetin özünün
ümumi mürəkkəbliyi ilə yanaşı, elmi-idraki, həm də ideya-nəzəri dünyagörüşü əhəmiyyətli olan ibtidai icma tarixinin ümumi çətinlikləri ilə izah olunur.
50-ci illərin əvvəllərində S.M.Zamyatninin rəhbərliyi altında respublika ərazisində daş dövrünün öyrənilməsinə başlanmış, bu iş M.M.Hüseynov tərəfindən müvəf3
fəqiyyətlə davam etdirilmişdir. Aveydağdakı mağaranın, qaya sığınacağının tədqiqi
ilk inandırıcı paleolit materiallarını-Mustye dövrü və son paleolitə aid olanları üzə
çıxardı. Daşsalahlı və Tağlar mağaralarında da paleolit materialları aşkar edildi. M.
M.Hüseynov tərəfindən kəşf edilmiş paleolit abidələri içərisində öyrənilməsinə hələ 1960-cı ildə başlanmış Azıx mağarası xüsusi yer tutur. Mağaralarla yanaşı, bəzi
məntəqələrdə açıqtipli düşərgə yerləri tapıldı. Tədqiqatlar nəticəsində mühüm paleolit abidələri-Kiçik Qafqazın, demək olar ki, bütün Şərq dağətəyi rayonunda, Kür
vadisində yayılmış mağara düşərgələri müəyyənləşdirildi.
Son otuz ildə aşkara çıxarılmış paleolit materiallarının öyrənilməsi belə bir iddiaya imkan verir ki, Azərbaycan ərazisində hələ ən azı 1,5 mln il, bəlkə ondan da
əvvəl insan yaşamışdır. Bu materiallar bir sıra digər məlumatlarla birlikdə belə güman etməyə əsas verir ki, Azərbaycan, ola bilsin ki, bəşəriyyətin ən qədim, ilk vətəninin hüdudları daxilində olmuşdur.
Bir sıra səmərəli materiallar seriyası ilə zəngin olan Tağlar kompleksi arxeoloqlarımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal xüsusiyyətlərini
aşkara çıxarmaq və uzun bir dövr ərzində bu mədəniyyətin təkamül mərhələlərini
izləmək imkanı vermişdir. Bu kompleks ilk dəfə olaraq Qafqazın Ön Asiya vilayətləri ilə qədim mədəni əlaqələrini müəyyənləşdirmək üçün etibarlı faktik material
vermişdir. Qeyd edək ki, Orta Paleolit dövrü Ə.Cəfərov tərəfindən müvəffəqiyyətlə
tədqiq edilir. Azərbaycan ərazisində Üst Paleolit xeyli zəif öyrənilmişdir. Bu dövrə
aid olan materiallar-Damcılı və Tağlar mağarasında, habelə Qazaxda yerləşən açıqtipli Yataqyeri düşərgəsində tapılmışdır.
Azərbaycan arxeoloqları Mezolit və Neolit dövrünün bəzi abidələrini Qazaxda,
Qobustan zonasında, Gəncə yaxınlığında (ancaq Neolit) aşkara çıxarmağa nail olmuşlar. Mezolit və Neolit bəşər tarixinin mühüm mərhələləridir. Bu mərhələlərin
abidələrinin tədqiqi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada istehsal xarakterli
təsərrüfatın-əkinçilik və maldarlığın başlanğıc mənbəyini əsil mənada öyrənməyə
imkan verəcəkdir.
Bizim arxeoloqlarımız tərəfindən Eneolit dövrünün qədim əkinçi-maldar tayfalarına aid olan bir sıra abidələri aşkara çıxarılmışdır. Bu işin ilkin mərhələsi O.A.Həbibullayevin adı ilə bağlıdır. Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə məskəninin
aşağı təbəqəsindəki qazıntı Qafqaz arxeologiyasında yeni səhifə açmış, Zaqafqaziya Eneoliti və ilkin əkinçilik mədəniyyətinin öyrənilməsinin əsasını qoymuşdur.
Kültəpə qazıntıları, habelə Azərbaycanın digər rayonlarında, Gürcüstan, Ermənistan və Dağıstanda aşkara çıxarılan bir sıra ən qədim oturaq əkinçiliyə aid abidələr
e.ə. vı-ııı minilliklərdə Zaqafqaziyada mədəni-tarixi proses barəsində bizim təsəvvürlərimizi xeyli dəyişir. Bu qazıntılar nəticəsində keçmiş SSRİ-nin cənubunda Or-
ta Asiya və Şimali Qara dəniz sahili mərkəzləri ilə yanaşı, daha bir ilkin əkinçilik
mədəniyyəti mərkəzini-Qafqaz mərkəzini müəyyənləşdirmək mümkün oldu.
Hazırda Azərbaycan Respublikası ərazisində yüzdən çox ilkin əkinçilik abidələri
4
aşkara çıxarılmışdır. Onlar Kür hövzəsi, Mil-Qarabağ düzü, Muğan və Araz zonasında qeydə alınmış və xeyli dərəcədə öyrənilmişdir. Onların tədqiqində başlıca rol
İ.H.Nərimanova məxsusdur. Cənubi Azərbaycanda da çox maraqlı ilkin əkinçilik
kompleksləri qrupu məlumdur.
Naxçıvan MR və Kiçik Qafqazın cənub-şərq ətəklərində-Qaraköpəktəpə, Günəştəpə, Leylatəpəsi, Ovçulartəpəsi və başqa yerlərdəki qazıntılar tuncdan istifadənin
başlanğıcında Azərbaycan ərazisindəki qədim tayfaların mədəni-tarixi inkişafının
düzgün mənzərəsini təsəvvür etməyə, Şərqi Zaqafqaziya sakinlərinin Şimali Qafqaz tayfaları ilə Zaqafqaziya və Qədim Şərqin həmsərhəd ölkələri ilə əlaqələrini
aşkara çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir.
Üzərliktəpədə, Qaraköpəktəpədə, Qobustanda, Şəki rayonunun kurqanlarında və
başqa yerlərdə aşkara çıxarılmış Orta Tunc dövrü materialları maraqlıdır. Azərbaycanın Orta Tunc dövrünü V.H.Əliyev tədqiq edir.
Tunc dövrünün arxeoloji materialları zəngin və misilsiz möhtəşəmliyi ilə fərqlənən, əkinçilik və maldarlığın, habelə dulusçuluq və metal emalının coşğun inkişafı
əsasında məhsuldar qüvvələrin səviyyəsinin xeyli yüksəldiyinə dəlalət edən qədim
mədəniyyətləri bizə çatdırmışdır. Əhalinin xeyli artması, ilk böyük tayfa ittifaqlarının meydana çıxması kəskin surətdə nəzərə çarpır; hərbi toqquşmalar daha tez-tez
baş verir, yaşayış məskənlərinin, möhkəm qalaların sayı artır.Tunc dövrü özü ilə
birlikdə çoxlu mühüm dəyişikliklər gətimişdir. Bu dövrdə maldarlığın xeyli inkişaf
etməsi və dağ-mədən sərvətlərinin istismarı hesabına ayrı-ayrı şəxslərin və ailələrin
əlində böyük sərvət toplanır ki, bu da sosial və əmlak təbəqələşməsinin dərinləşməsinə gətirib çıxarır. Bu dövrdə müharibə maldarlıq və əkinçiliklə yanaşı,Azərbaycan tayfalarının başlıca məşğuliyyətlərinin birinə çevrilir.
Kifayət qədər çoxlu arxeoloji materiallar Orta və Son Tunc dövründə Azərbaycan ərazisində təbəqələşmənin kəskin surətdə dərinləşdiyinə, ibtibai icma quruluşunun tənəzzülə uğradığına və dağıldığına dəlalət edir.
1/--страниц
Пожаловаться на содержимое документа